Bu gün UEFA Çempionlar Liqasında 2024-2025-ci il mövsümünün püşkatma mərasimi keçiriləcək.

Mia.az xəbər verir ki, ilk dəfə liqa formatında keçiriləcək nəhəng liqada mübarizə aparacaq 36 komanda yarışacaq.

İlk dəfə liqa formatında keçiriləcək yarışda ilk matçlar 17-19 sentyabr tarixlərindəa oynanılacaq və bu mərhələ 29 yanvar 2025-ci ildə başa çatacaq.

Bu mərhələni ilk 8 pillədə başa vuran komandalar birbaşa 1/8 finala yüksələcək.

Xal cədvəlində 9-24-cü yerləri tutan komandalar pley-offda qarşılaşacaqlar. Pley-off mərhələsində 9-16-cı yerləri tutan komandalar və 17-24-cü yerləri tutan komandalar üz-üzə gələcək.

Bu görüşlərdə rəqibindən üstün olan daha 8 komanda son 16 tura yüksələcək.

Liqa mərhələsində ilk 24-dən kənarda qalan komandalar Avropa kitabını bağlayacaqlar.

Ümumilikdə 36 komandanın daxil olduğu liqa mərhələsinə vəsiqə qazanması təsdiqlənmiş 32 komanda aşağıdakılardır:

1-ci səbət: Manchester City, Bayern Munich, Real Madrid, PSJ, Liverpool, Inter, Borussia Dortmund, Leipzig, Barselona

2 səbət: Bayer Leverkusen, Atletico Madrid, Atalanta, Juventus, Benfika, Arsenal, Club Brugge, Shakhtar Donetsk, Milan

3-cü səbət: Feyenoord, Sporting Lissabon, PSV, Dinamo Zaqreb, Salzburg, Lille, Red Star, Young Boys, Celtic

4-cü səbət: Slovan Bratislava, Monako, Sparta Praqa, Aston Villa, Bolonya, Girona, Ştutqart, Şturm Qraz, Brest

Fərid Aslan

MİA.AZ