"Neftçi" Lukas Melano ilə vidalaşıb.

Klubdan Mia.az-a verilən məlumata görə, argentinalı oyunçu ilə müqavilə şərtləri qarşılıqlı razılıq əsasında ikitərəfli qaydada pozulub.

Qeyd edək ki, 2023-cü ilin sentyabrında transfer olunmuş Melano “Neftçi”nin heyətində 12 rəsmi oyun keçirib.