İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Coşua Zirkze mövsümün sonunda komandasını dəyişə bilər.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İtaliyanın "Yuventus" komandası futbolçu ilə maraqlanır.
Gənc hücumçu bu mövsüm "Mançester Yunayted"in heyətində 20 oyunda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, "Mançester Yunayted" futbolçunu 2024-cü ilin yayında "Bolonya"dan 42,5 milyon avro qarşılığında transfer edib.
Fərid
MİA.AZ