Super Liqanın 27-ci həftəsində "Fənərbağça"nın "Qaziantep"i 4:1 hesabı ilə məğlub etdiyi matçda klub prezidenti Sadettin Saran açıqlamalar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, açıqlamalarında deyib:

"Bizim klubumuz bitmiş hesab edilən yerdən qayıdan bir klubdur. Oyunçularımız və məşqçimiz hər iki yarışda sona qədər mübarizə aparacaqlar. Biz onları dəstəkləyirik. Soyuq havaya baxmayaraq gələn azarkeşlərimizə də təşəkkür etmək istəyirəm."

Fərid

MİA.AZ