Fransanın "PSJ" klubunun cinah hücumçusu Bredli Barkola ciddi zədə alıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Barkola UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində İngiltərənin "Çelsi" komandasına qarşı keçirilən cavab oyununda meydanı tərk edib.

Aparılan tibbi müayinədən sonra Barkolaya sağ topuğunda ağır burxulma diaqnozu qoyulub.

Klub rəsmi açıqlamasında onun bir neçə həftə meydanlardan uzaq qalacağını bildirib.

Fərid

MİA.AZ