"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva karyerasını İtaliyada davam etdirə bilər. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, təcrübəli ulduz futbolçu "Yuventus"un diqqət mərkəzindədir.

Portuqaliyalı futbolçu mövsümün sonunda, müqaviləsi başa çatdıqdan sonra "Mançester Siti"dən ayrılacaq. 

Xatırladaq ki, Bernardo Silva bu mövsüm 41 matçda forma geyinib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

"Transfermarkt" onun dəyərini 27 milyon avro olaraq qiymətləndirir.

Fərid

MİA.AZ