"Kəpəz" klubunun baş məşqçi postuna əsas namizəd müəyyənləşib.

Məlumata görə, Gəncə təmsilçisinin rəhbərliyi Azər Bağırovla danışıqlara başlayıb.

40 yaşlı mütəxəssis sonuncu dəfə "Araz-Naxçıvan" klubunu çalışdırıb(Report).

Qeyd edək ki, "Kəpəz"in baş məşqçisi Adil Şükürov bu gün istefa verib.