Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda da (İlk oyun 3-0 bitib - Mia.az) Xorvatiyanın "Dinamo Zaqreb" komandasına məğlub olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Mia.az-ın məlumatına gərə, mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bildirib ki, bəzi məqamlarda rəqibin səriştəsini nəzərdə almaq lazımdı:  "Əgər onlar qalib gəldisə, deməli, bizdən güclüdürlər".

Futbolçuların fiziki hazırlığının oyunun nəticəsinə təsirinə dair fikirləri şərh edən Qurbanovun sözlərinə görə, onun komandasının üzvlərinin yorgun görüntüsü ilə bağlı fikirlərlə razılaşmır.

Bundan əlavə, baş məşqçi qeyd elədi ki, hakimin təcrübəli olmasına rəğmən bəzi qərarlarının da mübahisəli olduğunu düşünmək olar. Q.Qurbanov onu da dedi ki, komandasının ruhdan düşməməsi üçün oyundan dərhal sonra soyunma-geyinmə otağında onlarla motivasiya məzmunlu söhbət aparıb.

Qarşıda Avroliqa oyunlarının olduğunu və daha yüksək səviyyədə bu oyunlara hazırlaşmagın vacibliyini vurğulayıb.

Daha sonra "Dinamo" (Zaqreb, Xorvatiya) komandasının baş məşqçisi və digər təmsilçiləri media qarşısına çıxıb.

Zülfiyyə Mustafayeva

MİA.AZ