"Beşiktaş" sol cinah müdafiəçisi Feliks Uduokhainlə yeni müqavilə bağlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub bu gün açıqlama yayıb.

Bildirilib ki, 1.93 boyunda olan Feliks Uduokhain 2024-25 mövsümünün sonuna qədər satınalma şərti ilə icarəyə götürülüb.

Klub icarə müqaviləsinin detallarını məxfi saxlayıb.

Fərid

MİA.AZ