Türkiyənin"Beşiktaş" komandasının transfer siyahısında başçılıq edən braziliyalı Anderson Taliska ilə bağlı xəbər var.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl Nassr” komandası Talişka da daxil olmaqla, dörd ulduz futbolçu ilə yollarını ayırır.

Məlumata görə, ərəblər Anderson Talişka, Aleks Telles, Otavio və Sadio Maneni satışa çıxarıb.

İddiaya görə, bu, Talışka ilə bağlı "Beşiktaş"ın transferdə "əli"ni gücləndirəcək. 

Fərid

MİA.AZ