Portuqaliyanın "TV GUIA" jurnal məşhur futbolçu Ronaldo ilə onun beş uşağından ikisinin anası, qeyri-rəsmi arvadı olan Corcina arasında bağlanan müqavilə haqda maaraqlı məlumat yayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, jurnalın məqaləsinə əsasən, Kriştiano Ronaldonun  Corcina Rodriguezlə ayrılarsa, ona hər ay 85 min funt sterlinq (təxminın 188 min manat) zəmanət pulu ödəyəcək: "Bundan başqa, 7 il əvvəl bağlanan müeqaviləyə görə, o, Corcinaya Madriddəki evinin açarlarını da təqdim edəcək".

Fərid Aslan

MİA.AZ