Türkiyə Super Liqasında çıxış edən "Adana Dəmirspor" kamerunlu cinah oyunçusu Samuel Nonqoxu satıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə klub açıqlama yayıb.

Bildirilib ki, Samuel Nonqox Ukrayna Premyer Liqa komandalarından "Veres Rivne"yə transfer olunub: "Ona indiyədək klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayırıq".

Məlumatda transferin detalları açıqlanmayıb.

Fərid

MİA.AZ