"Qalatasaray"ın transfer siyahısında olan "Barselona"nın 33 yaşlı türk əsilli futbolçusu İlkay Gündoğan klubdan ayrılmağa razılaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İspaniyanın "Cadena Ser"adlı nəşri yazıb.

Nəşr iddia edib ki, "Barselona" İlkay Gündoğana avqustun 30-dan əvvəl klubdan getməsi üçün həddən ziyadə təzyiq göstərib: "Kataloniya komandasına illik dəyəri 18,75 milyon avroya başa gələn İlkay Gündoğan bu təzyiqlərə tab gətirməyərək, klubun tələb etdiyi əlverişli şərtlərlə ayrılmağa razılıq verib. O, güman ki, "Qalatasaray"a gedəcək. Çətin ki, İlkay Səudiyyə Ərəbistanından gələn təklifi qəbul edə. Onu arzusunda olduğu keçmiş komandası "Mançester Siti"də yaşına görə geri qaytarmayacaq".

Fərid Aslan

MİA.AZ