Ulduz futbolçu Lionel Messi karyerasında 900-cü qolunu vurub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 38 yaşlı hücumçu "Neşvill"lə öz meydançalarında 1:1 etdikləri KONKAKAF Çempionlar Kubokunun 1/8 final mərhələsinin cavab oyununda fərqlənib.
İlk görüşdə hesab açılmadığı üçün rəqib səfər qolu sayəsində növbəti mərhələyə yüksəlib.
Xatırladaq ki, Messi 2023-cü ildən "İnter Mayami"də çıxış edir.
Fərid
MİA.AZ