"Qalatasaray" klubunun ulduz hücumçusu Viktor Osimhenin qolu sınıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub məlumat yayıb.
27 yaşlı hücumçu İngiltərədə "Liverpul"a 0:4 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda zədələnib.
Nigeriyalı hücumçunun qoluna gips qoyulub.
Əməliyyatla bağlı qərar yaxın günlərdə veriləcək.
Fərid
MİA.AZ