"Fənərbağça" Klubunun prezidenti Ali Koçun Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalını partiya qərargahında ziyarət etməsindən sonra maraqlı anlar yaşanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, mətbuata qapalı keçirilən bir saatlıq görüşdən sonra MHP lideri klub prezidentini düz maşınına qədər yola salıb.

Yyaılan videolardan görünür ki, klub prezidenti qərargahın girişində ona əl uzadaraq sağollaşmaq istəsə də, MHP sədri razılaşmayıb. Aslı Koç "Buna gərək yoxdur, yorulmayın" deyə təkrar mədəni şəkildə ona zəiyyət vermək istəmədiyini deyir, ancaq Baxçalı inadından dönmür və maşının qapısına qədər onu yola salır.

Xatırladaq ki, "Göztepe" ilə oyundan arxadan vurularaq ağzıüstə yıxılan Alı Koç bundan sonra partiyaları ziyarətə başlayıb. O, MHP liderindən əvvəl CHP sədri Özgür Özəllə də görüşüb. Bağlı qapılar arxasında keçirilən görüşdə Özəli partiyanın baş katibi Selin Sayek Böke və sədr müavini Deniz Yücel, Sevgi Kılıç və Gülşah Dəniz Atalar müşayiət edib. Ali Koç görüşdə Özgür Özələ "Fənərbağça"nın formasını hədiyyə edib.

Fərid Aslan

MİA.AZ