Türkiyə super liqasında "Fənərbağça" sabah "Göztepe"nin qonağı olacaq.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Bakı vaxtilə saat 22.45-də başlayacaq qarşılaşmanı baş hakim Kadir Sağlam idarə edəcək.

"Fənərbağça"da zədəli olan braziliyalı futbolçu Fredlə yanaşı, cəzası alan Mert Hakan Yandaş və İrfan Can Eğribayat matçda forma geyinə bilməyəcəklər.

Meydan sahiblərinin heyətində isə Kuryu Matsuki zədəlidir.

Onu da qeyd edək ki, ötən tur "Fənərbağça" "Adana Dəmirspor"u 1:0 hesabı ilə məğlub edib. "Göztepe" isə "Antalyaspor"la 0:0 hesablı heç-heçə edib.

Fərid

MİA.AZ