Bu gün Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyunda səfərdə 1-0 uduzan "Zirə" tarixi nailiyyətə imza atıb.

Mia.az xəbər verir ki, "Zirə" isə Bakıda 1-0-lıq məğlubiyyətin revanşında Xorvatiyanın "Osiyek" komandası ilə üz-üzə gəlib.

Oyunun 37-ci dəqiqəsində xorvat Vedran Yuqoviç hesabı açıb. "Zirə" 54-cü dəqiqədə  penaltidən tarazlığı bərpa edib - 1:1.

81-ci dəqiqədə xorbatlar yenə önə çıxsa da, Bakı komandası 90-cı dəqiqədə Davit Volkovla hesabı bərabərləşdirib - 2:2.

Hazırda oyuna əlavə olunmuş 30 dəqiqə oynanılıb. Hesab dəyişmədiyindən qalib penaltilərlə müəyyənlşib və "Zirə" qalib gələrək növbəti mərhələyə yüksəlib..

Fərid Aslan

MİA.AZ