"Sabah çox vacib matça çıxacağıq".

Mia.az xəbər verir ki, bu sözləri Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu (ilk oyun 1-1 bitib) çərçivəsində Bakıda Xorvatiyanın "Osiyek" komandasına qarşı sabah keçirəcəkləri oyunla bağlı "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Onun sözlərinə görə, turu adlamaq üçün bütün gücləri ilə oynayacaqlar: "Meydanın ot örtüyünün yaxşı vəziyyətdə olmaması bizi məyus edir. Bu, texnikalı oyuna mane ola bilər. Şərtlər hər iki tərəf üçün eynidir".

Xatlrladaq ki, oyun saat 20:30-da başlayacaq.

Fərid

MİA.AZ