UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bakıda "Sabah"la cavab matçına çıxacaq İrlandiyanın "Sent Patriks Atletik" klubunu az sayda azarkeş dəstəkləyəcək.

Bu barədə "Sabah"ın mətbuat katibi Elnur Həmidov məlumat verib.

Böyük Britaniya komandasını tribunadan 15-20 azarkeş irəli səsləyəcək. KİV təmsilçiləri isə Bakıya gəlməyib.

Qeyd edək ki, “Sabah” – “Sent Patriks Atletik” matçı avqustun 15-də, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq. Komandalar arasında İrlandiyada baş tutan ilk oyunda meydan sahibləri 1:0 hesablı qələbə qazanıb(Report).