"Antalyaspor"un yeni baş məşqçisi Aleks de Souza "Fənərbağça"dan iki oyunçu istəyir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, rəhbərlikdən Miha Zayc və Migel Kresponun transferini tələb edib.

Məlumata görə. tələb üzrə adıçəkilən futbolçularla danşıqlar başlayıb.

Xatırladaq ki, Zayc "Fənərbağça"nın heyətində 123 matçda meydana çıxıb və 20 qol vurub, 7 məhsuldar ötürmə edib. Krespo isə sarı-göylü forma ilə 80 matçda 5 qol vurub, 7 məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ