"Ümid edirəm ki, Ferdi komandada qalacaq".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo deyib.

Onun sözlərinə görə, komandanın sağ cinah müdafiəçisi Ferdi Kadıoğlunun satılmasına tərəfdar deyil: "Əlbəttə, bu, mənim istəyimlə həll olunmur. Ferdi peşəkar, böyük oyunçu və əla insandır. Çox çalışır. Mən Ferdinin qalmasını istəyirəm, ümid edirəm ki, qalacaq". 

Fərid ASLAN

MİA.AZ