"Liverpul"un baş məşqçisi Arne Slot UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ikinci oyununda "Qalatasaray"ı 4-0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəldikdən sonra açıqlamalar verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, jurnalistlərə açıqlamasında deyib:

"Başdan sona qədər çox yaxşı oynadıq. Çox yaxşı hücum etdik. Stadionda enerji çox yüksək idi. Oyunçular və azarkeşlər arasında böyük dinamizm var idi. Bu gün fantastik bir oyun keçirdik. Bu, həyatımın ən yaxşı nəticələrindən biri idi. Futbol belə oynanılmalıdır. Oyunçularımız səviyyələrinin düşmədiyini göstərdilər. Həmçinin göstərdik ki, hələ də bu səviyyədə çıxış edə bilərik. Buna ötən mövsümün bir çox dövründə nail olduq. Bugünkü performansdan məmnunam, amma bunu Avropada daha çox göstərməli və ardıcıllıq tapmalıyıq. İnsanları məyus etmək istəmirəm, amma bu performansı təkrarlamaq çətin olacaq."

Fərid

MİA.AZ