Braziliyanın "Santos" klubu baş məşqçisini istefaya göndərib. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, klub Xuan Pablo Voyvodanın istefaya göndərilməsi ilə bağlı xəbər yayıb. 

Xəbərdə deyilir:

"Baş məşqçi Voyvoda və onun məşqçilər heyətindən ayrıldığımızı elan etmək istərdik. Onlara gələcək karyeralarında uğurlar arzulayırıq". 

Xatırladaq kİ, komanda 7 oyunda cəmi 6 xal qazanıb və turnir cədvəlində 16-cı yerdədir. 

Fərid

MİA.AZ