"Qalatasaray" klubu baş barmağından ciddi kəsik alan Noa Lanqın əməliyyat olunacağı açıqladı.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub bununla bağlı xəbər yayıb.
Açıqlamada bildirilir ki, Noa Lanq oyun zamanı bilbord və baryer arasında qaldığı üçün sağ əlinin baş barmağından ciddi xəsarət alıb və klubun tibbi heyətinin iştirakı ilə Liverpulda əməliyyat olunacaq.
Fərid
MİA.AZ