"Qalatasaray"ın baş katibi Eray Yazqan Noa Lanqın "Liverpul" matçında zədələnməsi barədə danışıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, açıqlamasında bu sözlərə yer verib:
"Oyundan sonra məsələ ilə bağlı UEFA nümayəndələrinə şikayət etdik. Onlar araşdırma apardılar və UEFA vəziyyəti qiymətləndirəcək. Vəkillərlə məsləhətləşirik və kompensasiya tələbimizi UEFA-ya təqdim edəcəyik. Maaşlarla bağlı şikayətlərimizin həll olunmasını tələb edəcəyik. Tələbimiz yerinə yetirilməsə, məhkəmə iddiası qaldırıla bilər. Bizim istəyimiz oyunçuların sağlamlığıdır, pul ikinci dərəcəli məsələdir."
Fərid
MİA.AZ