Bu gün Türkiyə 1-ci Liqasının ilk həftəsində "Fatih Karagümrük"lə qolsuz heç-heçə edən "Amed" komandasın məşhur baş məşqçisi Ersun Yanal oyndan sonra açıqlamalar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ersun Yanal yeni komanda qurduqlarını və hələ oyunlara hazır olmadıqlarını bildirib.

Onun sözlərinə görə, Türkiyədə Super Liqa ilə Super Liqanın altındakı qrupundakı oyunlar bir-birinə çox oxşar mübarizə şəraitində olacaq: "Demək olar ki, əksər komkandalar eyni büdcəyə sahibdir. Bu səbəbdən üst liqaya güclü rəqabət olacağını düşünürəm. Açıq deyim ki, biz hələ hazır komanda deyilik. Komandaya 11 futbolçu qoşulub. Yəqin ki, 3-4 həftəyə komandanınəsas heyətini formalaşdıracağıq". 

Fərid Aslan

MİA.AZ