Bu gün Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyuunu çərçivəsində "Zirə" Xorvatiyada "Osiyek" komandası ilə gücünü sınayıb.

Mia.az xəbər verir ki,  oyun heç-heçə başa çatıb - 1:1.

Belə ki, ev sahiblərinin 39-cu dəqiqədə vurduğu qola "Zirə" 90+6-cı dəqiqədə cavab verib.

Xatırladaq ki, bu komandalar arasında revanş avqustun 15-də Bakıda keçiriləcək.

Konfrans Liqasının bu turunda digər komandamız "Sabah" İrlandiyada  "Sent Patriks Atletik"lə qarşılaşıb.

Bu oyunun 35-ci dəqiqəsində ev sahibi komanda hesabı açıb - 1:0.

53-cü dəqiqədə "Sabah"ın oyunçusu Lepinjica ikinci sarı kartla meydandan qovulub.

Oyun isə bu heabla başa çatıb.

Bu komandalar arasında da cavab oyunu avqustunb 15-də Bakıda oynanacaq.

Fərid Aslan

MİA.AZ