Türkiyənin "Sivasspor" klubu 4,5 mövsümdür forma geyinən müdafiəçi Samba Camara ilə yenidən müqavilə imzalayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub Samba Camara ilə müqaviləni 1 il müddətinə uzadıb.

Klub bununla yanaşı, Bolqarıstanın "Ludoqorets" komandasında oynayan qambiyalı müdafiəçi Noah Sonko Sundberqi isə transfer edib: "Onunla satın alma şərtiylə bir illik icarə anlaşması olub".

Fərid Aslan

MİA.AZ