"Qalatasaray" mövsümün əvvəlində 5 milyon avroya "Aston Villa"ya icarəyə verdiyi Nikolo Zaniolonanı satışa çıxarıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İngiltərdə də gözlənilən oyunu göstərə bilməyən Zaniolo vətəninə - İtaliyaya qayıtmaq istəyir.

Məlumata görə, 24 yaşlı yarımmüdafiəçinin adı ilə "Fiorentina" və "Napoli"yə transferdə hallanır. 

İtaliyanın "Calciomercato" orqanı yazır ki "Qalatasaray" italyan ulduzun transfer qiymətini müəyyən edib: "Türkiyə klubu onun transfer dəyərini 25-30 milyon avro məbləğində görür".

Xatırladaq ki, "Qalatasaray" ötən mövsüm Zaniolonu "Roma"dan 15 milyon avroya alıb. 24 yaşlı futbolçunun "Qalatasaray"la 2027-ci ilə qədər müqaviləsi var.

Fərid Aslan

MİA.AZ