"Antalyaspor" baş məşqçisi, 51 yaşlı Sergen Yalçın yeni sevgi hekayəsi ilə Türkiyə mediasının "bəzəyi" olub.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, o, “Sən qapımı döy”, “Sevgi məntiqinin intiqamı”, “Sevgi taktikası” kimi layihələrdə yer alan 24 yaşlı Melisa Döngellə yenidən eşq həyatı yaşamağa başlayıb.

Türkiyə mətbuatı yazır ki, 51 yaşlı Sergen Yalçın hər həftə ir günlük də olsa onu görmək üçün mütləq İstanbula uçur: "İkili adətən kənar, sakit  restoranlarda birgə nahara gedirlər..."

Fərid Aslan

MİA.AZ