AVRO-2024 F qrupunda Türkiyə yığmasının son rəqibi də bəlli olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Gürcüstan yığması tarixində ilk dəfə olaraq AVRO-2024-ün qruplarına yüksəlib. 

Qonşu ölkə Yunanıstanı penaltilər seriyasında məğlub edərək adını qruplara yazdırıb.

Məlumata görə, Tbilisidəki Boris Paiçadze Dinamo Arenada əsas və əlavə vaxt qapılara qol vurulmayıb. Qalib penaltilərlə müəyyənləşib.

Daha dəqiq olan gürcülər 4:2 hesabı ilə qalib gələrək iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək çempionatda iştirak etmək hüququ qazanıb.

Xatırladaq ki, bu qrupda Türkiyə, Portuqaliya, Çexiya və Gürcüstan mübarizə aparacaq.

Fərid

MİA.AZ