“Bu ilin sonunda daha bir kubok qazanmaq bizim üçün şərəf olacaq. Çox böyük matç olacaq. "Biz uğur qazanmaq istəyirik".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri “Qalatasaray”ın kapitanı Fernando Muslera bu gün Ər-Riyadda "Fənərbağça" ilə oynayacaqları superkubok matçı barədə danışarkən deyib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Bakı vaxtı ilə saat 21.45-də keçiriləcək qarşılaşmanı hakim Abdulkadir Bitigen idarə edəəck.

Fərid

MİA.AZ