"Qalatasaray"da çalışarkən illik 2 milyon avroya yaxın maaş alan məşhur məşqçi Fatih Terimin Yunanıstanın "Panatinaikos" komandasından alacağı maaş bəlli olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, türk məşqçi yunan klubundan illik 1 milyon avro maaş alacaq.
Yunan mətbuatı yazır ki, tərəflər arasında 1.5 illik müqavilədə maaş məbləğı qeyd olunub: "Fatih Terimə 1.5 ilə 1.5 milyon avro maaş veriləcək. Yəni, ilə 1 milyon avro..."
Xəbərdə o da deyilir ki, komandanın istefaya göndərilən baş məşqçisinə 900 min avro maaş ödənilib.
Fərid
MİA.AZ