"Qalatasaray" - "Fənərbaxça" arasında keçiriləcək Turkcell Superkubok matçının hakimi bəlli olubb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, dekabrın 29-da Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək Turkcell Superkubok matçını Baş hakim Abdulkadir Bitigen idarə edəcək.
Türkiyə Futbol Federasiyasından verilən məlumata görə, Bakı vaxtı ilə saat 20.45-də başlayacaq qarşılaşmada Bitigenin köməkçiləri Erdem Bayık və Mustafa Savranlar olacaq.
Qarşılaşmanın dördüncü hakimi Volkan Bayarslan təyin edilib.
Fərid
MİA.AZ