Trendyol Superliqasının 9-cu həftəsində "Fənərbağça" sabiq qapçısı Volkan Demirəlin baş məşqçisi olduğu "Atakaş Hatayspor"la qarşılaşıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu oyuna qədər məğlub olmayan "Atakaş Hatayspor" "Fənərbağça"ya boyun əyib - 4:2
Oyuna sürətli başlayan İstanbul komandası 7-ci dəqiqədə Sebastyan Şimanskinin vurduğu qolla 1-0 önə keçib.
15-ci dəqiqədə Osayi-Samuel hesabı artırıb - 2-0.
40-cı dəqiqədə "Fənərbağça"da Dzekoya daha bir qola imza atıb - 3-0.
55-ci dəqiqədə isə Volkan Demirəlin komanmdası bu qollardan birinin əvəzini çıxıb - 3:1
63-cü dəqiqədə isə İrfan Can möhtəşəm qolla fərqi yenidən artırıb - 4:1.
"Hatayspor"lu Rayane Aabid isə 90+4-də komandasnın növbəti qolunu vurub - 4-2.
Bununla da 9 oyunun 9-da da qələbə qazanan "Fənərbağça" 27 xalla turnir cədvəlindəki liderliyini qoruyub.
"Hatayspor" isə 14 xalla 6-cı yerdə qərarlaşıb.
Fərid
MİA.AZ