Türkiyə superliqasında daha bir məşqçi istefaya göndərilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Konyaspor” ardıcıl uğursuz nəticələrdən sonra baş məşqçi Aleksandar Stanojeviçlə yollarını ayırıb.
Bu barədə klubun yaydığı açıqlamada deyilir: "Məşqçimiz Aleksandar Stanojeviçlə qarşılıqlı razılaşma əsasında yollarımızı ayırdıq. Stanojeviçə və komandasına indiyə qədərki xidmətlərinə görə təşəkkür edir, gələcək karyeralarında uğurlar arzulayırıq".
Qeyd edək ki, 2023-cü ilin yanvarında “Konyaspor”la müqavilə bağlayan təcrübəli çalışdırıcı indiyədək keçirdiyi 26 matçda 6 qələbə, 9 heç-heçə və 11 məğlubiyyət qazanıb.
Onu da xatırladaq ki, Super Liqada geridə qalan 9 həftə ərzində 10 məşqçi istefaya göndərilib:
Emre Belözoğlu-Başakşehir
Erdal Güneş-Qaziantep FK
Çağdaş Atan-Kayserispor
Fatih Tekke-İstanbulspor
Hüseyn Eroğlu-Samsunspor
Tolunay Kafkas-Ankaragücü
Şenol Güneş-Beşiktaş
Osman Özköylü-Pendikspor
Nenad Bjelica-Trabzonspor
Aleksandar Stanojeviç-Konyaspor
Fərid
MİA.AZ