UEFA AVRO-2024-ün seçmə mərhələsinin F qrupunda oynanılan və stadion ətrafında silahlı basqın nəticəsində 2 nəfərin ölümündən sonra yarımçıq qalan Belçika-İsveç matçı ilə bağlı qərar verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, UEFA-nn qərarına əsasən, 1-1 hesabı ilə yarımçıq qalan oyun davam etdirilməyəcək.
Məlumata görə, 1-1 hesabından sonra dayandırılan oyundakı nəticə yekun olaraq təsdiqlənib: "Hər iki komandaya bir xal verildi. F qrupunun sıralaması buna uyğun olaraq yenilənəcək və sarı vərəqələr etibarlı olacaq".
Fərid
MİA.AZ