"İnter Mayami"də çıxış edən Lionel Messi komandadan ayrılacağı ilə bağlı deyilənləri təkzib edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Argentinalı ulduz karyerasını MLS komandasında davam etdirəcəyini bildirib: "Sıfırdan başlayaraq, həmişə olduğu kimi, mümkün olan ən yaxşı şəkildə hazırlaşacağam".
"İnter Mayami"nin pley-off mərhələsinə vəsiqə qazana bilməməsi haqda danışan argentinalı ulduz deyib ki, buna görə çox utanırlar: "Bu, utancverici oldu. Çox yaxın idik, ancaq olmadı".
Xatırladaq ki, Lionel Messi bu mövsüm "İnter Mayami"də 13 oyun keçirib. Argentinalı ulduz bu matçlarda 11 qol vurub, 5 məhsuldar ötürmə edib.
Fərid
MİA.AZ