Portuqaliyalı Baş məşqçi İvo Rikardo Abreu Vieyra Türkiyə komandası ilə anlaşıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Pendikspor"da İvo Vieyra erası rəsmən başlayıb.
Məlumata görə, o qədər də tanınmayan 47 yaşlı məşqçi ilə anlaşma azarkeşləri xeyli təəccübləndirib.
Xəbərdə deyilir ki, o, buna qədər "Cuiaba-MT", "Moreirense", "Al-Vehda", "Famalicao" və "Gil Visente" komandalarında çalışıb.
Xatırladaq kik, "Pendikspor" az əvvəl Osman Özköylü ilə yollarını ayırıb.
Fərid
MİA.AZ