"Real Madrid"in zədəli futbolçusu Arda Gülər, nəhayət, meydana dönür.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Baş məşqçi Ançelotti ilə görüşən Arda Gülərə onun komandanın vacib futbolçusu olduğu və "Sevilya" və ya "Braqa" matçlarında oynaya biləcəyi deyilib.
"Defansa Central"ın xəbərinə görə, Ançelotti ilə söhbətdən sonra Arda Gülər göz yaşlarını saxlaya bilməyərək dərha anasına telefonla zəng edib: "Ana, "Bernabeu"da ilk matçımı keçirəcəyim an gəldi. Bu, ən böyük arzum idi".
Fərid
MİA.AZ