Bu gün UEFA 2024 Avropa Çempionatının (AVRO 2024) seçmə mərhələsinin D qrupunda Türkiyə yığması Latviya millisini qəbul edib.
Mia.az xəbər verir ki, saat 22.45-də başlayan oyun TTR1 və CBC Sport-da canlı yayımlanıb.
Oyunun 58-ci dəqiqəsində Yunus Akgün möhtəşəm zərbə ilə heabı açıb - 1:0.
Genk Tosun 83-cü dəqiqədə hesab arasındakı fərqi artırıb - 2:0.
Kerem Aktürkoğlu 87-ci dəqiqədə Türkiyənin daha bir qoluna imza atıb - 3:0.
90+2-ci dəqiqədə Tosun daha bir qol vurub - 4:0
Qrupun digər oyununda isə Uels xorvatiyaya 2-1 qalib gəlib.
Bu hesabla Türkiyə yığması 16 xalla qrup lideri kimi AVRO-2024-ə vəsiqə qazanıb.
Uels isə Xorvatiya ilə birlikdə 10 xalla 2 vıə 3-ü yerləri bölüşürlər. Onlardan hansının AVRO-24-ə bilet alacağı isə son oyunda bəlli olacaq.
Fərid
MİA.AZ