Afrika Millətlər Liqasında qruplar müəyyənləşib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Fil Dişi Sahilinin ev sahibliyi edəcəyi turnir yanvarın 13-də başlayıb, fevralın 11-də başa çatacaq,
Oyunlar 5 şəhərdə 6 stadionda keçiriləcək.
Qrup qalibləri və ikinciləri və 6 qrupda ən yaxşı 4 üçüncü komanda 1/8 finala vəsiqə qazanacaq.
Beləliklə, Afrika Millətlər Kubokunda qruplar aşağıdakı kimi formalaşıb:
A qrupu: Fil Dişi Sahili, Nigeriya, Ekvatorial Qvineya, Qvineya-Bisau
B qrupu: Misir, Qana, Kabo-Verde, Mozambik
C qrupu: Seneqal, Kamerun, Qvineya, Qambiya
D qrupu: Əlcəzair, Burkina Faso, Mavritaniya, Anqola
E qrupu: Tunis, Mali, Cənubi Afrika, Namibiya
F qrupu: Mərakeş, Konqo Demokratik Respublikası, Zambiya, Tanzaniya
Fərid ASLAN
MİA.AZ