“Kəpəz” daha bir legioner alıb.
Mia.az xəbər verir ki, klub malili hücumçu Adama Niane ilə anlaşıb.
Qeyd edək ki, Adama Niane son olaraq İranın “Nassaji” klubunda çıxış edib. O, daha əvvəl Fransa və Belçikada legioner həyatı yaşayıb. Futbolçu 2017-2019-cu illərdə Mali millisinin heyətində 7 matçda iştirak edib.