Bu gün Futbol üzrə Milli Komanda UEFA 2024 Avropa Çempionatının (AVRO-2024) seçmə mərhələsinin D qrupunun altıncı oyununda Türkiyə yığması Xorvatiya ilə səfərdə üz-üzə gəlib.
Mia.az xəbər verir ki, oyun CBC Sport" TRT 1, tabi.com və TRT Radyo 1 kanallarında canlı yayımlanıb.
Qarşılaşmanı İngiltərə Futbol Federasiyasından olan hakim Entoni Teylor idarə edib.
Oyunun 30-cu dəqiqədə Barış Alper Yılmazın möhtəşəm qolla hesabı açıb - 0:1.
89-cu dəqiqədə hakim Türkiyənin qapısına penalti təyin etsə də, sonradan VAR-dan gələn xəbərdarlıqla penalti qərarı ləğv olunub.
Beləlklə, Türkiyə möhtəşəm oyunu ilə səfərdə Xorvatiyaya qalib gələrək, D qrupunda 13 xalla ilk pilləyə yüksəlib.
Türkiyədən bir oyun az keçirən Xorvatiya isə 10 xalla 2-ci yerdə qalıb.
Bu gün Latviyaya 2-0 hesabı ilə uduzan Ermənmistan milllisi isə Uelslə birgə hərəyə 7 xalla 3-4-cü pillələrdə qərarlaşıb. Latviya 3 xalla sonuncu yerdədir.
AVRO-2024-də iştirak edəcək 20 komandanın müəyyənləşəcəyi qrup mərhələsinə 16-21 noyabr 2023-cü il tarixlərində keçiriləcək oyunlarla yekun vurulacaq.
10 qrupda ilk 2 yeri tutan komandalar AVRO-2024-də iştirak etmək hüququ qazanacaq.
Fərid Aslan
MİA.AZ