Keçmiş futbolçu HƏMAS tərəfindən öldürülüb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrailin Reim kəndində keçirilən festivala HƏMAS-ın həyata keçirdiyi hücumda keçmiş peşəkar futbolçu Lior Asulin də həyatını itirib.
Bu barədə faktı keçmiş klubu "Hapoel Tel-Əviv" yaydığı başsağlığı mesajında təsdiqləyib.
Bildirilib ki, doğum gününü qeyd edən 43 yaşlı keçmiş futbolçu Qəzza sərhədi yaxınlığında keçirilən musiqi festivalda doğum gününü qeyd edirmiş: "HƏMAS yaraqlılarının qəfil hücumunda o da hadisə yerində öldürülüb...".
Keçmiş klubu "Hapoel Təl-Əviv"in sosial media hesabında paylaşılan mesajda onun ailəsinə başsağlığı verilib.
Xatırladaq ki, Asulin ən böyük idman uğurunu 2004-cü ildə keçmiş klubu "Ichud Bnei Sachnin" ilə İsrail Kubokunu qazanmaqla yaşayıb. Həmin oyunda onun komandası “Hapoel Hayfa”ya 4:1 hesabı ilə qalib gəlib. Asulin bu oyunda iki qol atıb.
Fərid
MİA.AZ