"Arsenal" 2015-ci ildən bəri ilk dəfə Premyer Liqada "Mançester Siti"ni məğlub edə bilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İngiltərə Premyer Liqasının 8-ci həftəsində Pep Qvardiolanın komandası "Arsenal"la qarşılaşıb.
"Arsenal" doğma meydanında "Mançester Siti"yə 87-ci dəqiqədə Gabriel Martinelli vurduğu qolla 1:0 hesabı ilə qalib gəlib.
Bu nəticə ilə "Arsenal" xalını 20-yə çatdırıb, "Mançester Siti" isə 18 xalda qalıb.
20 xalı olan "Tottenhem" isə top fərqinə görə Premyer Liqanın lideri kürsüsünə sahiblənib.
Fərid Aslan
MİA.AZ