UEFA İsraildə HƏMƏS-la baş verən toqquşmaya görə ölkədə keçirilməsi planlanan bütün oyunları ləğv edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, UEFA-nınqərarına əsasən, İsraildə oktyabrın 17-dək keçirilməsi nəzərdə tutulan matçları təxirə salınıb.
Bildirilib ki, həmin oyunların tarixi ilə bağlı yaxın gələcəkdə yeni qərar veriləcək.
İsraildə keçirilməsi planlaşdırılan, lakin təxirə salınan matçlar isə aşağıdakılardır:
2024 Avropa Çempionatının Təsnifat Oyunları:
12 oktyabr: İsrail-İsveçrə
2025 UEFA U-21 Avropa Çempionatı:
12 oktyabr: İsrail-Estoniya
17 oktyabr: İsrail-Almaniya
2024 UEFA U-17 Avropa Çempionatı:
11 oktyabr - 17 oktyabr: İsrail, Belçika, Cəbəllütariq və Uels ilə mini turnir.
Fərid
MİA.AZ