Bu gün UEFA Avropa Konfransı Liqasının H qrupunun ikinci matçında “Fənərbağça” səfərdə Slovakiyanın “Spartak Trnava” komandası ilə qarşılaşıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Fənərbağça" 70 və 81-ci dəqiqədə King rəqibi cəzalandırıb - 0:2.
88-ci dəqiqədə ev sahibləri bu qoldan birinin əvəzini çıxsa da, türklər cəmi 1 dəqiqə sonra fərqi yenidən artırıblar.
Ancaq bir neçə dəqiqə sonra VAR hakimi "Fənərbağça"nın 3-cü qolunu ləğv edib.
Oyun bu hesabla bitrib - 1:2
Qrupun digər komandası "Nordsjaelland" isə 2-ci oyunda "Ludoqorets"ə 7-1 hesabı ilə qalib gələrək, 3 xalla 2-ci yerə (top fərqinə görə) yüksəlib.
İstanbul komandası bundan əvvəl qrupda Danimarka təmsilçisi "Nordsjaelland"a 3-1 hesabı ilə qalib gəlib.
"Spartak Trnava" isə səfərdə "Ludoqorets"ə 4:0 hesabı ilə uduzub.
Beləliklə, iki oyuna görə 6 xal qazanan "Fənərbağça" qrup lideri olub.
Fərid Aslan
MİA.AZ