"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq "Qalatasaray"a 3-2 hesablı məğlubiyyətə izahat verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hollandiyalı məşqçi məğlubiyyəti komandanın zehni xətaları ilə əlaqələndirib.
O deyib ki, komanda olaraq bu səhvləri birlikdə ediblər: "Hamımız bu işdə birlikdəyik və hesab edirəm ki, birlikdə də bu problemi həll etməliyik".
Təcrübəli məşqçinin sözlərinə görə, bü cür böyük oyunlarda psixoloji cəhətdfən hazır olmaq mütləqdir: "Əks halda bu cür cəzalanacaqsan".
Matçda 2 qol vuran Rasmus Hojlund haqda danışan hollandiyalı məşqçi deyib ki, onun iki möhtəşəm qoluna seviniblər: "Ancaq matçda qalib gələ bilmədik".
Fərid
MİA.AZ